Lənkəranda məktəbin həyətində həmyerlisini döyən gənc saxlanılıb

Hadisə
  • 26 oktyabr, 2019
  • 05:42
Lənkəranda məktəbin həyətində həmyerlisini döyən gənc saxlanılıb

Lənkəran şəhərindən ötən ay həmyerlisini döyən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə sentyabrın 9-da şəhərin xarici dillər təmayüllü “Gimnaziya” məktəbinin həyətində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Azər Ağayev məktəbinin həyətində olan zaman tanımadığı şəxs daş parçası ilə onu başından vurub. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaq zamanı A.Ağayevi döyən şəxsin Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Saleh Bəhrəmov olduğu müəyyən edilib və o, saxlanılıb.

Oktyabrın 25-də S.Bəhrəmovun barəsində CM-nin 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti