Lənkəranda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb

Lənkəranda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb Lənkəran. 22 mart. REPORT.AZ/ Lənkəran rayonunda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
Hadisə
22 Mart , 2018 12:21
Lənkəranda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb

Lənkəran. 22 mart. REPORT.AZ/ Lənkəran rayonunda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un Cənub bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu bu gün müalicə olunduğu Lənkəran Rayon Mərkəzai Xəstəxanasında dünyasını dəyişib. 

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Rasim İsmayılov isə saxlanılıb. 

Qeyd edək ki, Ş.Əmənovun ölümünə səbəb olan hadisə iki gün əvvəl rayonun "RAYPO" adlanan yaşayış massivində qeydə alınıb. Hadisədən sonra oğlanları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriən yaralının çoxlu qan itirdiyi məlum olub. Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi