Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO

Hadisə
  • 10 may, 2019
  • 13:38
Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunub. 

"Report"un Cənub mərkəzi xəbər verir ki, bu münasibətlə mayın 10-da H.Əliyevin adını daşıyan xatirə parkında ümumrayon tədbiri keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb.

Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivlərinin üzvləri, tələbələr, gənclər ümummilli liderin abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb dahi rəhbərə məhəbbətlərini ifadə ediblər.

Ümumxalq ziyarətindən sonra T.Qaraşov və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Daha sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş toplantı keçirilib və Heydər Əliyevin milli dövlətçiliyin xilası və Azərbaycan xalqının xoşbəxtliyi naminə həyata keçirdiyi möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.

Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə ümummilli liderin imzasını əks etdirən flaşmobun nümayişi və Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.