Lənkəranda gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb - YENİLƏNİB

Hadisə
  • 27 sentyabr, 2017
  • 05:35
Lənkəranda gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb - YENİLƏNİB

Lənkəran. 27 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində, "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 №-li EATS-də xidməti otağında meyiti aşkarlanan gənc mühafizəçinin adı məlum olub. 

"Report"un Cənub bürosunun məlumatına görə, bu, idarənin mühafizəçisi, rayonun Şağlaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbrayıl oğlu Şirəliyevdir. Onun meyiti səhər saatlarında işə gələn idarənin əməkdaşları tərəfindən xidməti otağında tapılıb. İlkin ehtimallara görə, E.Şirəliyev ürəktutmadan ölüb. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


***9:02

Lənkəran. 27 sentyabr. REPORT.AZ/  Lənkəran şəhərində gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb.

"Report"un məlumatına görə, hadisə "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 №-li EATS-də baş verib.

Belə ki, idarənin hələlik adı məlum olmayan gənc mühafizəçisinin səhər saat larında xidməti otağında meyiti tapılıb. Meyit səhər işə gələn işçilər tətəfindən aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.