Lənkəranda əl qumbarası aşkarlanıb - FOTO

Hadisə
  • 21 aprel, 2019
  • 22:28
Lənkəranda əl qumbarası aşkarlanıb - FOTO

Lənkəran rayonu, Göyşaban kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu və  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.