Lənkəranda evdən 1200 manat oğurlayan şəxslər saxlanılıblar

Hadisə
  • 01 noyabr, 2018
  • 09:47
Lənkəranda evdən 1200 manat oğurlayan şəxslər saxlanılıblar

Bakı. 1 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda evdən 1200 manat oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran şəhər rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elvin Cəbrayılov, Şəhriyar Şükriyev və əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıblar.