Lənkəran rayonunda 63 yaşlı qadın çaya yıxılaraq ölüb.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Kənd sakinləri orta yaşlı qadının hündürlükdən aşağı düşdüyünü görüb polisə xəbər veriblər. Hadisə yerinə xilasedicilər və təcili yardım briqasası cəlb olunub. Qadının cansız bədəni sudan çıxarılıb.
Məlumata görə, ölən şəxs azərbaycan əsilli Ukrayna vətəndaşıdır. 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova Lənkəran rayonunun Kərgəlan kəndində doğulub. Ailə qurduqdan sonra Rusiyaya köçüb. Ailəlidir, üç övladı var. Bakı şəhərində yaşayırmış.
Meyit müayinə olunmaq üçün
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 10:37
Lənkəran rayonunda çaydan meyit tapılıb.
Bu barədə "Report"
Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.