Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - SİYAHI - ƏLAVƏ OLUNUB

Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - SİYAHI - ƏLAVƏ OLUNUB Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq
Hadisə
10 Sentyabr , 2016 09:58
Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - SİYAHI - ƏLAVƏ OLUNUB

Lənkəran. 10 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə gətirilib.

Ölənlər –  “VAZ-2106” markalı avtomobilin sürücüsü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada dünyasını dəyişib).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar - Elşən Balazər oğlu Ağazadə (1974-cü il), Akif Əbdülhəsən oğlu Nuriyev (1979), Elvin Həmzə oğlu Mirzəzadə (1994), Eldar Zeynal oğlu Aslanov (1979), Murad Orucəli oğlu Cəfərli. 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi