Lənkəranda baş verən avtomobil qəzasında 78 yaşlı sürücü xəsarət alıb - FOTO

Lənkəranda baş verən avtomobil qəzasında 78 yaşlı sürücü xəsarət alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Mart , 2018 14:10
Lənkəranda baş verən avtomobil qəzasında 78 yaşlı sürücü xəsarət alıb - FOTO
Report

Bakı. 1 mart. REPORT.AZ/ Lənkəran rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndindən keçən hissəsində baş verib. 

Belə ki, "VAZ-2104" markalı 42-BK-296 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış "Mercedes" markalı 99-XR-296 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-2104" hərəkət istiqamətini dəyişərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. 

Qəza nəticəsində Lənkəran rayonu Xarxatan kənd sakinləri - "VAZ-2104"ün sürücüsü 1940-cı il təvəllüdlü Məmmədov Məhərrəm Ruzi oğlu və sərnişini 1968-ci ildə anadan olmuş Məmmədova Əntiqə Möhübbət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi