Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
Hadisə
169
19 Oktyabr , 2021 00:52
Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi