Lənkəranda avtomobillərdən ehtiyat hissələri oğurlayan dəstə üzvləri tutulub - FOTO

Lənkəranda avtomobillərdən ehtiyat hissələri oğurlayan dəstə üzvləri tutulub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Avqust , 2016 17:36
Lənkəranda avtomobillərdən ehtiyat hissələri oğurlayan dəstə üzvləri tutulub - FOTO

Lənkəran. 2 avqust. REPORT.AZ/ Lənkəran şəhərində avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri saxlanılıb. 

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) rayon ərazisində yük maşınlarından akkumlyatorun naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumatlar daxil olub. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məqsəd Seyidmurad oğlu Beyçayev və Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1994-cü il təvəllüdlü Elmin Sulduz oğlu Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz əməlləri nəticəsində ayrı-ayrı vaxtlarda ümumilikdə müəssisələrə və ayrı-ayrı fiziki şəxslərə 4000 manat məbləğində maddi ziyan vurulub. M.Beyçayev və E.Mustafayev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi