Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlanıb, saxlanılanlar var

Hadisə
  • 11 dekabr, 2019
  • 07:26
Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlanıb, saxlanılanlar var

Dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq “tiryək”, 1 kq “heroin”, 750 qr “metamfetamin” və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb. 

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüd­lü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun isə əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdirilib. 

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.