Lənkəranda qadını vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB

Lənkəranda qadını vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB Lənkəranda avtomobilin vurduğu qadın ölüb
Hadisə
14 Aprel , 2021 23:55
Lənkəranda qadını vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, o, rayonun Xolmili kənd sakini Hacızadə Samir Mübariz oğludur. Artıq sürücünün saxlanıldığı bildirilir.

Qeyd edək ki, hadisə Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Şəhadət qızı avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi.

23:22

Lənkəranda avtomobilin vurduğu qadın ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə Şıxəkəran kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Şəhadət qızı naməlum avtomobil tərəfindən vurulub. Təcili tibbi yardım briqadası Z.Əliyevanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Z.Əliyeva Vətən müharibəsi qazisi Sadiq Natiq oğlu Əliyevin anası idi. Qəza törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi