Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın adı məlum olub - YENİLƏNİB

Hadisə
  • 27 iyul, 2019
  • 09:18
Lənkəranda avtomobilin vuraraq öldürdüyü piyadanın adı məlum olub - YENİLƏNİB

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayon sakini 1980-cı il təvəllüdlü Məmmədov Rasim Əlimməmməd oğludur. 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun 30-35 yaşlarında orta boylu kişi olduğu bildirilir. 


*** 11:48

Lənkəran şəhərində avtomobil naməlum kişini vuraraq öldürüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisində keçən hissəsində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Qismət Şahraz oğlu Talıbov idarə etdiyi "Peugeot" markalı avtomobillə yolda hərəkət edən piyadanı vurub. 

Vurulan şəxsin kimliyi hələ ki, müəyyən edilməyib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.