Lənkəranda avtomobil fiziki qüsurlu piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil fiziki qüsurlu piyadanı vuraraq öldürüb Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
31 Avqust , 2021 00:30
Lənkəranda avtomobil fiziki qüsurlu piyadanı vuraraq öldürüb

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bürcəli kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Ağayevin fiziki qüsurlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi