Lənkəranda 9 yaşlı qızı maşın vurub - FOTO
Hadisə
- 29 avqust, 2016
- 12:21
Lənkəran. 29 avqust. REPORT.AZ/ Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" məhəlləsində qeydə alınıb.
Belə ki, Lənkəranın Göyşaban kənd sakini 51 yaşlı Mətləb Rzayev idarə etdiyi “KIA-Sorento” markalı, 42-BR-640 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən əslən İmişli rayonundan olan, Lənkəranda kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub. Sürücü yaralını Lənkəran Mərkəzi rayon Xəstəxanasına (RMX) çatdırıb.
Xəstəxanadan bildirilib ki, A.Hüseynli qapalı kəllə-beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:24
Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar
Elm və təhsil23:12
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
Region23:08
Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq
Elm və təhsil22:50
Video
Yardımlıda açıq ərazidə yanğın baş verib
Hadisə22:28
Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib
Futbol22:14
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib
Xarici siyasət21:57
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib
Region21:35
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
Futbol21:34