Lənkəranda 9 il əvvəl ağır cinayət törətmiş "Pulya Nəriman" ləqəbli şəxs saxlanılıb

Lənkəranda 9 il əvvəl ağır cinayət törətmiş "Pulya Nəriman" ləqəbli şəxs saxlanılıb Nəriman Fətullayev qaçmağa cəhd edərkən ayağından xəsarət alıb
Hadisə
1 May , 2017 21:51
Lənkəranda 9 il əvvəl ağır cinayət törətmiş Pulya Nəriman ləqəbli şəxs saxlanılıb
Report.az

Lənkəran. 1 may. REPORT.AZ/ Cinayətkar aləmdə "Pulya Nəriman" kimi tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, doqquz il əvvəl Lənkəranda törədilən qətl hadisəsinə görə axtarışda olan 56 yaşlı Lənkəran şəhər sakini, Fətullayev Nəriman Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı qaçmağa cəhd edən N.Fətullayev ayağından xəsarət alıb. 

Qeyd edək ki, ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkumluq həyatı yaşamış N.Fətullayev 2008-ci ildə Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində yerləşən və rayonda "Zərgər Şükür"ün evi kimi tanınan mənzilə basqın edib.

N.Fətullayev basqın zamanı "Zərgər Şükür"ün oğlunu Əhmədov  Şahini qətlə yetirib və həyat yoldaşı Əzizə Əhmədovaya isə sonradan ölümlə nəticələnən ağır bədən xəsarətləri yetirib. Uzun müddət bağlı qalan bu cinayət işi müddətində N. Fətullayev başqa cinayət əməlinə - silah ticarətinə görə 4 il azadlıqdan məhrum edilib.

Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. N.Fətullayev Lənkəranda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi