Lənkəranda 6 min manata yaxın traktor ehtiyat hissələri oğurlanıb

Hadisə
  • 02 mart, 2020
  • 06:01
Lənkəranda 6 min manata yaxın traktor ehtiyat hissələri oğurlanıb

Lənkəran rayonunda traktor ehtiyat hissələri satan mağazadan oğurluq olub. 

Bu barədə “Report”un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Lənkəran şəhər sakini Firdovsi Hüseynov polisə müraciət edərək Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən, ona məxsus traktor ehtiyat hissələri mağazasından müxtəlif vaxtlarda 5 555 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirib. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri Mail FərziyevTural Muradlı olduğu müəyyən edilib. Hər ikisi şəxs törətdiyi əməli etiraf edərək bildiriblər ki, müxtəlif vaxtlarda oğurladıqları ehtiyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satıblar. 

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda 6 min manata yaxın traktor ehtiyat hissələri oğurlanıb

Son xəbərlər

Bütün Xəbər Lenti