Lənkəranda 50 yaşlı qadın intihar edib - YENİLƏNİB

Lənkəranda 50 yaşlı qadın intihar edib - YENİLƏNİB Lənkəran. 21 fevral. REPORT.AZ Lənkəran rayonunda özünü asaraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Hadisə
21 Fevral , 2019 11:15
Lənkəranda 50 yaşlı qadın intihar edib - YENİLƏNİB

Lənkəran. 21 fevral. REPORT.AZ Lənkəran rayonunda özünü asaraq intihar edən qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Nüvədi kənd sakini, 1969-cu il təcəllüdlü Heyran Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.  

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.


*** 10:12

Lənkəran. 21 fevral. REPORT.AZ/ Lənkəran rayonunda qadın intihar edib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Yuxarı Nüvədi kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın özünü yaşadığı evin həyətində yerləşən tövlədə asaraq intihar edib. 

Hadisə nyerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

İntiharın səbəbləri məlum deyil.

faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi