Lənkəranda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə
  • 04 avqust, 2017
  • 15:48
Lənkəranda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran. 4 avqust. REPORT.AZ/ Lənkəran rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbənin elektriki olan 1967-ci il təvəllüdlü Muxtar Məmmədkərim oğlu Tağıyevi ehtiyatsız davranması səbəbindən cərəyan vurub. 

O, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə gələnəcən dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.