Lənkəranda 38 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 17 fevral, 2023
  • 17:26
Lənkəranda 38 yaşlı kişi bıçaqlanıb

Lənkəranın Liman şəhərində, "Sovxoz” adlanan ərazidə bıçaqlanma hadisəsi baş verib.

"Report"un cənub bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Əli Qabil oğlu Dövlətov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.