Lənkəran sakini bibisini bıçaqlayıb - ƏLAVƏ OLUNUB

Hadisə
  • 13 aprel, 2017
  • 09:12
Lənkəran sakini bibisini bıçaqlayıb - ƏLAVƏ OLUNUB

Lənkəran. 13 aprel. REPORT.AZ/ Lənkəranda 34 yaşlı Nəzakət Məmmədova bıçaqlanıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ləj kəndində qeydə alınıb.

Yaralı sağ qarın nahiyəsinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni N.Məmmədovanın qardaşı oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Kənan Sənham oğlunun törətdiyi məlum olub. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş erib. 

K.Məmmədov könüllü formada polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.