Lənkəranda iki uşaq anası intihar edib

Lənkəranda iki uşaq anası intihar edib Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
3 Fevral , 2017 11:22
Lənkəranda iki uşaq anası intihar edib

Lənkəran. 3 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osakücə kəndində baş verib.

İki uşaq anası olan 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisədən həyat yoldaşı xəbərdar olub və polis şöbəsinə məlumat verib. 

Hadisə yerinin müayinəsi zamanı intihar faktı təsdiqlənib. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi