Lənkəranda 30 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 08 avqust, 2017
  • 18:59
Lənkəranda 30 yaşlı kişi bıçaqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Bıçaqlanan İsazadə Taleh Musa oğlu təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.