Lənkəranda 25 yaşlı gənc qisas zəminində bıçaqlanıb
Hadisə
- 04 dekabr, 2019
- 19:05
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü Aqil Baloğlan oğlu Səfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat blokuna alınıb. Hazırda əməliyyat davam edir.
“Report”un əldə etdiyi məlumata görə, bıçaqlanma qisas zəminində törədilib. Belə ki, bir müddət öncə S.Aqil baş verən davanın iştirakçısı olub və bir nəfərə xəsarət yetirib. Xəsarət alan şəxs isə qisas almaq üçün yenidən Aqillə görüşüb.
Görüş zamanı tərəflər arasında düşən mübahisə Aqilin bıçaqlanması ilə nəticələnib. Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Region23:07
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib
Region23:01