Lənkəranda 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirilib - FOTO - YENİLƏNİB-2

Lənkəranda 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirilib - FOTO - YENİLƏNİB-2 Lənkəran rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə
6 Aprel , 2019 12:17
Lənkəranda 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirilib - FOTO - YENİLƏNİB-2

Lənkəran rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. 

Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. 


 *** 11:36

Lənkəran rayonunda qətlə yetirilən yeniyetmənin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Digah kənd sakini, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovun meyiti kəndin ərazisində yerləşən yarımçıq tikilədə aşkar edilib.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib.

Qətli törədənin kimliyinin müəyyən olunması istiqamətində hü-quq mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 10:21

Lənkəran rayonunda gənc oğlan qətlə yetirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınılb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi