Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb Lənkəran. 19 avqust. REPORT.AZ/ Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə
19 Avqust , 2018 10:22
Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

Lənkəran. 19 avqust. REPORT.AZ/ Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasından yerə yıxılıb.

İlkin ehtimala görə, yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi