Lənkəran sakini traktorun altında qalaraq öldü

Lənkəran sakini traktorun altında qalaraq öldü Lənkəranda faciəvi hadisə baş verib.
Hadisə
3 İyun , 2020 13:32
Lənkəran sakini traktorun altında qalaraq öldü
Report

Lənkəranda faciəvi hadisə baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. 

Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıq səbəbindən həmkəndlisi Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun altında qalaraq ölüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq deyil. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi