Lənkəran sakini intihar edib

Lənkəran sakini intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
8 Sentyabr , 2017 09:22
Lənkəran sakini intihar edib

Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Lənkəranda yerli sakin özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Anar Etibar oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi