Yuxarı

Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün çətinliklər yaranıb

Bakı. 13 fevral. REPORT.AZ/ İntensiv yağıntı - qar və yağış səbəbindən Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib. "Report"un xəbərinə görə, hazırda ən gərgin vəziyyət yolun 27-ci km-də yolun asfalt qatının sürüşməsi ilə müşayiət olunur. Aktivlik yolun 17-29, 46-53-cü km-ləri arasında da müşahidə edilir.

Lerik rayonu üçün mühüm əhəmiyyətə malik yolda sürüşmənin aktivləşməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün də çətinliklər yaradır. 25 saylı Lerik yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılovun bildirdiyinə görə sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır: "Lakin yolda genişlənmə işləri görülməlidir, bərkitmə işləri və istinad divarları tikilməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi