Küveytin Azərbaycandakı səfirindən oğurlanan pulun taleyinə aydınlıq gəlib

Küveytin Azərbaycandakı səfirindən oğurlanan pulun taleyinə aydınlıq gəlib Küveytin Azərbaycandakı səfirliyi səfirin hesabından külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə bağlı məsələni şərh edib
Hadisə
10 Dekabr , 2014 14:35
Küveytin Azərbaycandakı səfirindən oğurlanan pulun taleyinə aydınlıq gəlib

Bakı. 10 dekabr. REPORT.AZ/ Küveytin Azərbaycandakı səfirliyi səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin hesabından külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə bağlı məsələni şərh edib.

Səfirlikdən "Report"a bildirilib ki, belə bir insident baş verib, lakin diplomatik nümayəndəlik bununla bağlı polisə müraciət etməyib.

Səfirlikdən həmçinin bildiriblər ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında bu məsələ ilə Daxili İşlər Nazirliyi (DİN) məşğul olur. Həmçinin qeyd olunub ki, banka müraciətdən sonra pullar səfirin hesabına qaytarılıb. 

"Bu məsələ ilə bağlı hər hansı bir səfirlik əməkdaşının həbs olunub-olunmaması haqqında məlumat yoxdur", - səfirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan DİN məlumatına əsasən, iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinib. Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi