Kürdəxanıda obyektdəki yanğın söndürülüb - YENİLƏNİB-2

Kürdəxanıda obyektdəki yanğın söndürülüb - YENİLƏNİB-2 Kürdəxanıda obyekt yanır
Hadisə
24 aprel 2025 11:50
Kürdəxanıda obyektdəki yanğın söndürülüb - YENİLƏNİB-2

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000kv.m olan istixana kompleksinin intizibati binası 560kv.m. sahədə yanıb. 

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.

11:25

Kürdəxanıdakı obyektdə yanğın məhdudlaşdırılıb. 

Bu barədə "Report"a FHN-dən məlumat verilib. 

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

10:05

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Orphus sistemi