Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 İyun , 2021 21:00
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi