Yuxarı

​Kürdəmirdə qəzaya düşən şəxslərdən biri ölüb - YENİLƏNİB

Yaralıların şəxsiyyəti məlum olub

İlk xəbər 12:48-də verilib

Kürdəmir. 5 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun məlumatına görə, "KİA" markalı minik avtomobilində Bakı şəhər sakinləri, sürücü - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub.

Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi