Kürdəmirdə yol polisi piyadalara qarşı reyd keçirdi

Kürdəmirdə yol polisi piyadalara qarşı reyd keçirdi Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Piyadalar, diqqətli olun” şərti adı altında reyd keçirib
Hadisə
2 May , 2021 18:14
Kürdəmirdə yol polisi piyadalara qarşı reyd keçirdi

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tədbirlər planına uyğun olaraq, rayon ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında reyd keçirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, havaların isinməsi ilə əlaqədar, eləcə də aprel-may aylarında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunduğunu nəzərə alaraq, Kürdəmir RPŞ-in DYPB-nin əməkdaşları rayon ərazisində piyadalarla profilaktik tədbirləri daha da gücləndirib. Reyd zamanı polis piyada keçidindən düzgün istifadə etməyən piyadalarla maarifləndirici söhbətlər aparılıb və onlara yol hərəkəti qaydalarına düzgün riayət etmələri tövsiyə olunub. Bundan başqa, reyd zamanı 10 nəfər piyada haqqında inzibati protokol tətbiq olunub. Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları piyadalara müraciət edərək, bir daha yol hərəkəti qaydalarına riayət etməyi və qəzalardan uzaq olmağı tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi