Kürdəmirdə qaynar su qazanına düşən uşaq dünyasını dəyişib
Hadisə
- 30 may, 2018
- 01:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 may. REPORT.AZ/ Kürdəmir rayonunda ehtiyatsızlıqdan qaynar su qazanına düşən uşaq bu gün xəstəxanada dünyasını dəyişib.
"Report" xəbər verir ki, ölüm hadisəsi Respublika Yanıq Mərkəzində baş verib.
Mayın 27-si Kürdəmir rayonunda valideyn nəzarətindən kənarda qalan 1 yaşlı Rəhim Məmmədov qaynar su ilə dolu dəmir qazanın üzərinə yıxılıb. Nəticədə uşağın bədəninin 70 faizi termiki yanıq dərəcəsi alıb. Yaralı uşaq Bakıda Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, gecə xəstəxanada dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Son xəbərlər
17:01
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Qarabağ
16:55
Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib
Futbol
16:52
Foto
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Daxili siyasət
16:50
Foto
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib
Sosial müdafiə
16:46
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Region
16:45
Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq
Xarici siyasət
16:37
Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışını edəcəyik
Xarici siyasət
16:33
Foto
Video
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj
Hərbi
16:27
Azərbaycanın U-20 millisinin Qəbələdə və Bakıda təlim-məşq toplanışı olacaq
Futbol