Kürdəmirdə qanunsuz tikinti sökülüb
Hadisə
- 12 may, 2025
- 13:07
Kürdəmirdə qanunsuz tikinti sökülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fiziki şəxs Abbaszadə Elsevər Əvəz oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Son xəbərlər
13:07
Pərviz Şahbazov: "Yeni layihələr Azərbaycan qazının yeni Avropa bazarlarına nəqlini genişləndirəcək"
Energetika13:05
"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
Komanda13:05
Şəkidə 4 nəfəri çaqqal dişləyib
Hadisə13:04
Nazir: "Cəbrayıl- Ağbənd elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir"
Energetika13:03
AFFA Bakı İqlim Həftəsi çərçivəsində "Futbolda dayanıqlıq" mövzusunda seminar keçirib
Futbol12:59
Səfir: İndoneziya Azərbaycanla BOEM və rəqəmsallaşma sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır
Xarici siyasət12:55
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən iki azərbaycanlıya hökm oxunub
Hadisə12:54
Azərbaycandan Türkiyəyə, oradan beynəlxalq bazarlara nəql edilən neft və qazın həcmi açıqlanıb
Energetika12:49