Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Fevral , 2024 22:44
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Skania" markalı iritutumlu yük maşınının sürücüsü Asəf Həsənov Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakinini vurub. Zərbənin nəticəsində piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Bununla yanaşı, arxadan gələn daha 3 yük maşını - TIR, "KamAZ" və betonqarışdıran bir-birinə çırpılıb. Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi