Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var

Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var Kürdəmir. 18 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
18 Dekabr , 2018 18:47
Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var

Kürdəmir. 18 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əhliman Ənvər oğlu Ömərovun idarə etdiyi "VAZ-21214" markalı minik avtomobili "İsuzu" markalı yük maşınına çırpılıb. Nəticədə Ə.Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi