Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 21 yanvar, 2020
  • 16:42
Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 19:46

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusda olanlardan Kürdəmir rayonunun Şilyan kənd sakinləri - 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti