Kürdəmirdə 9 yaşlı məktəblini avtomobil vurub - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə 9 yaşlı məktəblini avtomobil vurub - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda avtomobilin vurduğu məktəblinin kimliyi məlum olub.
Hadisə
14 Mart , 2019 14:27
Kürdəmirdə 9 yaşlı məktəblini avtomobil vurub - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Kürdəmir rayonunda avtomobilin vurduğu məktəblinin kimliyi məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, 2010-cu il təvəllüdlü rayonun Cənub Məhəllə sakini Aynur İqbal qızı Məliklidir.


*** 13:44

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəblini vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi