Kürdəmirdə "KamAZ" aşıb, sürücüsü xəsarət alıb

Kürdəmirdə "KamAZ" aşıb, sürücüsü xəsarət alıb Kürdəmir. 6 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
6 Fevral , 2019 17:53
Kürdəmirdə KamAZ aşıb, sürücüsü xəsarət alıb

Kürdəmir. 6 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Tahir Şiralı oğlu Cavadovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə T.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi