Kürdəmirdə “KaMAZ” aşıb, sürücü ağır xəsarət alıb

Kürdəmirdə “KaMAZ” aşıb, sürücü ağır xəsarət alıb Kürdəmirin Çöhranlı kəndində “KaMAZ” aşıb.
Hadisə
18 İyun , 2023 05:31
Kürdəmirdə “KaMAZ” aşıb, sürücü ağır xəsarət alıb

Kürdəmirin Çöhranlı kəndində “KaMAZ” aşıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, mişar daşı ilə dolu olan yük maşını qəfil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi aşıb və mişar daşları yola tökülüb.

Hadisə zamanı sürücü, Kürdəmir rayon Xəlsə kənd sakini 1984-cü il təvəllüdlü Məmmədov Rəşad Mətləb oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi