Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB

Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.
Hadisə
11 Yanvar , 2020 20:38
Kürdəmirdə itkin düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB

Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


20:16***

Kürdəmir rayon sakini itkin düşüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kənd sakini 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlu səhər evdən çıxıb və geri qayıtmayıb.

Nəticədə ailə üzvləri onu axtarmağa başlayıblar. Axtarışlar zamanı Həsrət Hüseynovun oğlu atasının gödəkcəsini kəndin içərisindən keçən kanalın kənarında tapıb.

O, dərhal hüquq mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə zəng vuraraq hadisə ilə bağlı xəbər verib.

Hazırda Həsrət Hüseynovun kanalda axtarışları aparılır. Ehtimal edilir ki, o su kanalında boğulub. 

Son xəbərlər

Orphus sistemi