Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB - 2

Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB - 2 Kürdəmirdə güllələnmə hadisə baş verib.
Hadisə
11 İyun , 2023 01:35
Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB - 2

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.

Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

2023-06-10 23:58

İyunun 10-də saat 23 radələrində Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

23:16

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun 69-cu məhəlləsində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna tapança ilə iki dəfə atəş açıb.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və o, əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi