Kürdəmirdə gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Kürdəmirdə gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə
19 Sentyabr , 2020 00:27
Kürdəmirdə gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 22 yaşlı Babayev Zamiq Malik oğlu mübahisə zəminində qonşusu, 38 yaşlı Ramiz Pənah oğlu Süleymanov tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisə yerinə Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi