Yuxarı

Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb - FOTO - VİDEO

​Kürdəmirdə bıçaqlanma hadisə baş verib.
© Foto: "Report"


Video əlavə olunub


***04:17

Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləri Elim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb. Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Fakt araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi