Kürdəmirdə "Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə "Azərsu"ya məxsus avtomobil avtobusla toqquşub - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
15 Fevral , 2019 21:51
Kürdəmirdə Azərsuya məxsus avtomobil avtobusla toqquşub - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Report

Video əlavə olunub


***20:51

Kürdəmir. 15 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapla dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusuna çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi