Kürdəmirdə avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Hadisə
  • 13 mart, 2020
  • 08:20
Kürdəmirdə avtomobilin vurduğu şəxs xəstəxanada öldü
google.az

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqocalı kənd sakini Amil Hidayət oğlu Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.