Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücü boğularaq ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Kürdəmirdə avtomobil su kanalına düşüb, sürücü boğularaq ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
26 Noyabr , 2018 18:56
0 : 00
0 : 00

Video əlavə olunub


*** 17:42

Kürdəmir. 26 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


*** 17:10

Kürdəmir. 26 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. 

İlkin məlumatalara görə, qəza zamanı sürücü suda boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi